BDM: "Türkiyə dövlətindən və hökumətindən tələb edirik"

Bölmə:
Diaspor ›
Tarix:
23.09.2015
Oxunub:
920 dəfə

Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişindəki alaqapıya ermənicə “Xoş gəlmişsiniz” və “Gülə-gülə” yazılması ölkə ictimaiyyəti, habelə Türkiyədə fəaliyyət göstərən QHT-lər tərəfindən tərəfindən birmənalı qarşılanmayıb. Oxucu informasiya verir ki, Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) buna etiraz edərək, artıq bu istiqamətdə aidiyyatı qurumlara müraciət etmişdir. Beynəlxalq Diaspor Mərkəzi (BDM) bu yolverilməz hadisəylə əlaqədar olaraq bəyanat qəbul edib. BDM-in mətbuat xidmətindən Oxucu-ya daxil olan bəyanatda deyilir:

 

Qardaş Türkiyə Respublikasında ermənilərin həyata keçirdiyi fəaliyyətlər son aylar daha geniş vüsət almaqdadır. Türkiyənin müxtəlif şəhərlərində öz çirkin təbliğatlarını aparmaqla sanki qondarma “tarixi erməni dövlətini” qurmaqdadırlar. Təəssüflər olsun ki, onlara bu fəaliyyətlərində Türkiyədə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) dəstək verməkdədir. Bu partiya tərəfindən Türkiyənin cənub-şərq bölgəsində bələdiyyə seçkilərində üstünlük əldə etməsi ermənilərin bu ərazidə əl-qolunun açılmasına səbəb olmuşdur. Bu torpaqlarda minlərlə müsəlmanları amansızcasına qətlə yetirən ermənilərin oylağına çevrilməsinə dəstək göstərmək, HDP-nin öz xalqına və dövlətinə qarşı xəyanəti hesab etmək olar. Ermənilər adına küçə qoymaq, sərhədləri açmağa təşəbbüs etmək, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, şəhər və qəsəbə girişlərində erməni dilində yazılar və s. bu kimi çirkin addımlar minlərlə şəhidin ruhuna qarşı hörmətsizlikdir. Bu günlərdə İğdır vilayətinin Tuzluca qəsəbəsində növbəti erməni təbliğatının aparılması bizlərin səbr kasasını daşırmaqdadır. Qəsəbənin giriş və çıxışlarına erməni dilində “Xoş gəlmişsiniz” və “Gülə-gülə”   ifadəsi yazılmışdır. Əslində bu böyük bir təxribatdır və təhlükəli addımlardan xəbər verir. Ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını reallığa çevirmək məqsədilə türk düşmənləri Türkiyədə açıq fəaliyyətə başlamışlar. Tuzlucadakı bu hadisəni şiddətlə qınayaraq bu torpaqlarda uyuyan şəhidlərimizə qarşı atılan çirkin addımlara cavabsız qalmayacağımızı qətiyyətlə bildiririk. HDP-li bələdiyyə sədrlərinin ermənipərəst fəaliyyətlərini riyakarlıq olaraq qəbul edir, Türkiyə dövlətindən və hökumətindən bu hərəkətlərə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. Türkiyə qanunlarından və türk demokratiyasından sui istifadə edən destruktiv qüvvələr və xüsusilə HDP təmsilçilərinin ermənipərəst addımlarının qətiyyətlə qarşısının alınmasını tələb edirik. İnanırıq ki, Türkiyə dövləti tarixin təkrar olunmasına izin verməyəcək və ölkədə vüsət alan erməni təbliğatının tezliklə qarşısını alacaqdır.

 

Günəş

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:12795
Prezident Musa Yaquba ev verdi 12:19 07 Nov 2019
AVRO-2020 İTV-də 16:41 05 Nov 2019