AVRO-2020 təxirə salınacaq-İDDİA

Bölmə:
İdman ›
Tarix:
17.03.2020
Oxunub:
104 dəfə

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.

 

İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

 

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.

 

Mənbə: “Report”

Yoxlama kodu:43538
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020