UEFA bütün otel rezervasiyalarını ləğv etdirib

Bölmə:
İdman ›
Tarix:
17.03.2020
Oxunub:
93 dəfə

UEFA AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Danimarkanın paytaxtı Kopenhagendəki bütün otel rezervasiyalarını ləğv etdirib.

 

"Oxucu" informasiya verir ki, bu barədə Danimarka paytaxtında fəaliyyət göstərən CPH otellər şəbəkəsinin rəsmisi Kevin Helsinqhof yerli mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, qitə futbol qurumu tərəfindən Avropa çempionatı üçün bron edilmiş otaqlar ötən həftə boşaldılıb: "Onlar otelin 80 faizini bron etmişdilər. Otaqlar əvvəlcədən təyin olunmuş müddətin sonuncu günü boşaldıldığından, qurum bizə heç bir təzminat ödəməyəcək".

 

UEFA-nın addımı bu yay Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan Avropa çempionatının təxirə salınacağı kimi dəyərləndirilir.

 

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.

 

Mənbə: "Report"

Yoxlama kodu:21743
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020