Bu da koronavirusa tutuldu

Tarix:
17.03.2020
Oxunub:
96 dəfə

Britaniyalı aktyor İdris Elbaya koronavirus diaqnozu qoyulub.

 

"Oxucu" informasiya verir ki, bunu aktyor “Twitter” səhifəsində yazıb.

 

47 yaşlı aktyor bildirib ki, onda virusun heç bir simptomu olmasa da, martın 16-da onda koronavirus aşkarlanıb. İ.Elba insanları evdən bayıra çıxmamağa və praqmatik olmağa çağırıb.

 

Qeyd edək ki, İdris Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanıb.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:68692
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020