Boks üzrə Avropa çempionatı təxirə salındı

Bölmə:
İdman ›
Tarix:
17.03.2020
Oxunub:
80 dəfə

Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

 

"Oxucu" informasiya verir ki, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

 

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

 

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.

 

Mənbə: "Report"

Yoxlama kodu:43070
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020