"Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşı olan məmurlar var"-İDDİA

Bölmə:
Siyasət ›
Tarix:
17.03.2020
Oxunub:
90 dəfə

“Keçən sessiyada bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsinin üzərində iş gedir”.

 

"Oxucu" informasiya verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

 

“Görünür ki, həmin məcəllənin qəbul olunmasına qarşı olan məmurlar var. Hesab edirəm ki, Rəqabət Məcəlləsi bu il komitənin iş planına salınmalı və Milli Məclisin plenar iclasına çıxarılmalıdır. Hesab edirəm ki, bu Məcəllənin qəbulu çox vacibdir”, - deputat əlavə edib.

 

Deputat həmçinin həmkarı Əli Məsimli ilə birgə hazırladıqları “Təhsil kreditləri haqqında” qanunun da qəbul olunmasının vacibliyini vurğulayıb.

 

Mənbə: “Report”

Yoxlama kodu:18906
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020