Bakıdan dayandırılan uçuşların sayı artdı

Tarix:
16.03.2020
Oxunub:
60 dəfə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmaması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) və əcnəbi aviaşirkətlər bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır.

 

"Oxucu" informasiya verir ki, bu barədə AZAL-dan bildirilib.

 

Məlumata görə, həmin istiqamətlər aşağıdakılardır:

 

16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;
- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;
- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;
- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;
- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;
- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;
- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-

Dubay, Şarja-Bakı-Şarja;

- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;
- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;
- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;
- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

 

Mənbə: “Report”

Yoxlama kodu:87693
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020