Daha bir beynəlxalq idman federasiyası yarışları dayandırdı

Bölmə:
İdman ›
Tarix:
16.03.2020
Oxunub:
67 dəfə

UCI beynəlxalq yarışları dayandırdı


Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.

 

"Oxucu" informasiya verir ki, virusun yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. Bu zaman idman prinsiplərinin qorunmasına xüsusi diqqət yetiriləcək. Verilən müddət ərzində risk qrupuna aid edilməyən ölkələrdəki yarışlar zamanı qazanılacaq reytinq xalları nəzərə alınmayacaq.

 

Bundan başqa UCİ Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları verən növlər üzrə yarışların (dağ velosipedi, BMX Racing, BMX Freestyle və şose para-velosipedi) vaxtının dəyişdirilməsi və lisenziya sahibləri üçün son müddət tarixinin bir qədər geriyə çəkilməsi məqsədilə Beynəlxalq Olimpiya və Paralimpiya Komitələrinə də müraciət ünvanlayıb.

 

Mənbə: "Report"

Yoxlama kodu:38312
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020