Məşhur aktrisa koronavirusa yoluxdu

Bölmə:
Hadisə ›
Tarix:
16.03.2020
Oxunub:
64 dəfə

Tanınmış aktrisa və model Olqa Kurilenko koronavirusa yoluxub.

 

"Oxucu" informasiya verir ki, bunu aktrisa “Instagram” səhifəsində açıqlayıb.

 

“Evdə koronavirus diaqnozu ilə təcrid edilmiş vəziyyətdə oturmuşam. Artıq, demək olar ki, bir həftədir xəstəyəm. Mənim başlıca simptomlarım istilik və halsızlıqdır. Diqqətli olun və bunu ciddiyə alın!”, - O.Kurilenko yazıb.

 

Qeyd edək ki, O.Kurilenko 1979-cu ildə Ukraynanın Berdyansk şəhərində doğulub. O, sonradan Parisə köçərək model karyerasına başlayıb. O.Kurilenko 2005-ci ildən kinoya çəkilməyə başlayıb. Aktrisa bondiananın “Mərhəmət kvantı” (2008) filmindən sonra məşhurlaşıb. O, həmçinin Tom Kruzla birgə fantastik döyüş janrında olan “Oblivion” filmində də baş rolda oynayıb. O.Kurilenko Milla Yovoviç və Mila Kunisdən sonra postsovet məkanında doğulmuş ən uğurlu qərb kinoaktrisası sayılır.

 

Daha öncə hollivud ulduzu Tom Henks də koronavirusa yoluxduğunu açıqlamışdı.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 158 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 171 112-yə çatıb. Bunların 77 790 nəfəri sağalıb, 6 526 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:28785
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020