Erməni silahlıları bu gün də Qazax kəndlərini atəşə tutub

Bölmə:
Hərbi ›
Tarix:
13.03.2020
Oxunub:
74 dəfə

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

 

Oxucu DSX-ya istinadən informasiya verir ki, 13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

 

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

 

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

 

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən də Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmuşdular.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:94963
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020