Cəbhədə nə baş verir?-MN AÇIQLADI

Bölmə:
Hərbi ›
Tarix:
12.03.2020
Oxunub:
63 dəfə

Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub


 

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

 

"Oxucu" Azərbaycan Müdafiə Nazirliyinə istinadən informasiya evrir ki, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

 

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

 

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:47592
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020