Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub

Bölmə:
Siyasət ›
Tarix:
11.03.2020
Oxunub:
59 dəfə

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

 

"Oxucu" informasiya verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.

 

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

 

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

 

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:81794
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020