Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Bölmə:
Cəmiyyət ›
Tarix:
11.03.2020
Oxunub:
61 dəfə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Əvvəlki aylarda olduğu kimi, cari ilin mart ayında da əhaliyə pensiya və müavinətlərin ödənilməsi vaxtından əvvəl başa çatdırılıb.

 

"Oxucu" informasiya verir ki, Fonddan verilən məlumata görə, təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

 

Qeyd edək ki, muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə və yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə qurulub. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:39724
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020