Ermənilərin iddialarına DSX-dan cavab

Bölmə:
Hərbi ›
Tarix:
06.03.2020
Oxunub:
66 dəfə

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılmışdır.

 

Oxucu informasiya verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

 

Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur.

 

Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulmuşdur.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:38766
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020