Nazir ön xətdə hərbi qulluqçularla görüşüb-VİDEO

Bölmə:
Hərbi ›
Tarix:
04.03.2020
Oxunub:
127 dəfə

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

 

"Oxucu" informasiya verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

 

Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.

Mənbə: Oxucu.info

Yoxlama kodu:55197
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020