Yeni seçilən deputat öldü-FOTO

Bölmə:
Dünya ›
Tarix:
29.02.2020
Oxunub:
115 dəfə

İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək dünyasını dəyişib.

 

"Oxucuinformasiya verir ki, bu barədə İran KİV-i məlumat verib.

 

Yeni seçilən iranlı deputatın ölüm səbəbi qrip göstərilib.

 

Ramazani Dəstək İran-İraq arasında 1980-1988-ci illərdə uzun sürən müharibədə iştirak edib.

 

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.

 

İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub.

 

Mənbə: Trend

Yoxlama kodu:44767
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020