Artroz: “kilidlənmiş” oynaqların açılması

Bölmə:
Səhiyyə ›
Tarix:
29.02.2020
Oxunub:
99 dəfə

Oynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan artrozun səbəbləri əsasən artıq çəki, oynaqların yüklənməsi, allergik reaksiyalar, travma və infeksiyalardır.

 

"Oxucu" informasiya verir ki, xəstəliyin gedişi və formasından asılı olaraq ən xırda oynaqlardan tutmuş fəqərəarası disklərə qədər zədələnmə baş verə bilər. Lakin artroz əsasən iri oynaqları¬ - bud-çanaq, diz və topuq oynaqlarını əhatə edir.

 

Xəstələr axşam saatlarında güclənən və dincələndə sakitləşən ağrıdan, hərarətin 37-37,5 dərəcəyədək yüksəlməsindən şikayətlənirlər. Sonrakı mərhələdə oynaqlarda çox kəskin ağrılar yaranır, hərəkət tam məhdudlaşır və oynaqlar sanki "kilidlənir."

 

1 xörək qaşığı qara qarağat yarpaqları 500 ml qaynar suda 2-3 saat dəmlənir, dəmləmə iki-üçqat tənzifdən süzülərək gündə 3-4 dəfə 1 çay qaşığı ilıq şəkildə qəbul edilir.

 

1 xörək qaşığı mərcangilə yarpaqları xırdalanır, üzərinə 1 stəkan qaynar su əlavə olunaraq vam ocaqda qaynadılır və 17-20 dəqiqə soyudulur. Bişirmə soyuyandan sonra süzülür və gün ərzində kiçik qurtumlarla içilir.

 

1 çay qaşığı zəncirotu və kökləri xırdalanıb qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilir, vam ocaqda 10-15 dəqiqə qaynadılır, soyuyandan sonra iki-üçqat tənzifdən süzülür, 5-7 gün müddətində gündə 4-5 dəfə 1 çay qaşığı içilir.

 

2 xörək qaşığı quru və xırdalanmış ayrıqotu kökümsovlarının üzərinə 625 ml qaynar su əlavə olunur, vam ocaqda qaynama dərəcəsinə çatdırılır, bişirmənin dörddəbir hissəsi buxarlanana qədər qaynadılır, soyudulur və süzülür. Gün ərzində 2-3 dəfə 2 xörək qaşığı qəbul edilir.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:48226
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020