Şəhidimiz var

Bölmə:
Hərbi ›
Tarix:
24.02.2020
Oxunub:
111 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətib.

 

Oxucu informasiya verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olub düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

 

"Report" isə məlumat verir ki, İ.Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb.

 

2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

 

Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var.

 

Vəliyevlər ailəsi 1994-cü ildən Zərdab rayon Su-Kanal İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzunmüddətdir xəstəlikdən əziyyət çəkir.

 

Hazırda ailə şəhidin nəşinin gətirilməsini gözləyir. İ.Vəliyevin Zərdab rayonunun Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

 

Xatırladaq ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

 

Allah rəhmət eləsin!

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:83377
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020