Sabah hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq

Bölmə:
Cəmiyyət ›
Tarix:
21.02.2020
Oxunub:
136 dəfə

Bakıda və Abşeron yarımadasında fevralda 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

“Oxucu” informasiya verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:70896
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020