GUAM Gürcüstana dəstək oldu

Bölmə:
Dünya ›
Tarix:
21.02.2020
Oxunub:
131 dəfə

GUAM təşkilatının Katibliyi Rusiyanın Gürcüstana qarşı kiberhücumunu pisləyib.

 

"Oxucuinformasiya verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində bildirilib.

 

“GUAM katibliyi Gürcüstanın informasiya infrastrukturunun dağıdılmasına yönələn kiberhücumları qınayır. Bu məsələ GUAM-a üzv ölkələrin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı səylərin əhəmiyyətini vurğulayır”, - bəyanatda qeyd olunub.

 

Qeyd edək ki, Gürcüstanda genişmiqyaslı kiberhücum ötən ilin oktyabrın 28-də həyata keçirilib. Ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyi kiberhücumlarda Rusiyanı ittiham edib.

 

Mənbə: “Report”

 

Yoxlama kodu:39431
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020