Dərman preparatları aşkarlanıb

Bölmə:
Cəmiyyət ›
Tarix:
21.02.2020
Oxunub:
110 dəfə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdini qarşısını alıblar.

 

Oxucu DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən informasiya verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndiriliblər.

 

Vətəndaşlara məxsus çanta və çamadanlar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Nəticədə əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən ümumilikdə 46 adda dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:60913
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020