Xərçəng əleyhinə təsir göstərən tərəvəz

Bölmə:
Səhiyyə ›
Tarix:
21.02.2020
Oxunub:
154 dəfə

Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur.

 

"Oxucu" informasiya verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.

 

Turp piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.

 

Turpun tərkibində "antosian" adlanan maddə var. Bu maddə orqanizmə xərçəng əleyhinə təsir göstərir.

 

Mənbə: Medicina.az

Yoxlama kodu:89859
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020