SOCAR və SNAM saziş imzaladılar-FOTOLENT

Bölmə:
Energetika ›
Tarix:
20.02.2020
Oxunub:
151 dəfə

Biometan, hidrogen və dayanıqlı nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri, habelə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə bioqazın nəqlinə dair imkanlar araşdırılacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan Snam arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalamışlar. Hər iki şirkət TAP konsorsiumunda 20% paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.

 

Oxucu SOCAR-a istinadən informasiya verir ki, saziş Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Cuzeppe Kontinin iştirakı ilə SOCAR və Snam şirkətlərinin nümayəndələri tərəfindən imzalanmışdır.

 

SOCAR və SNAM arasındakı saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir:

 

- bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində Snam-ın törəmə şirkəti olan “IES Biogas”ın təcrübəsi tətbiq oluna bilər. SOCAR və Snam bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır;

 

- yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. Snam-ın törəməsi olan “Cubogas” bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür;

 

- hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.

 

Snam-ın baş direktoru Marko Alvera demişdir: “Bu layihə vasitəsilə Snam və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. Bundan başqa, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar”.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “SOCAR ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli ddımlar atmışdır. Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək , insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır.”

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:46598
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020