Azərbaycan bu ölkəyə yardım edib-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
20.02.2020
Oxunub:
124 dəfə

Azərbaycan Antiqua və Barbudaya tibbi ləvazimatlardan ibarət yardım edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən Oxucuya daxil olan informasiyaya görə, Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilmişdir.

 

Sözügedən yardım 19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilmişdir.

 

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak etmişlər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmiş və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırmışdır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:58419
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020