FHN: 17 mərtəbəli yaşayış binasında yanğın baş verib-VİDEO

Bölmə:
Hadisə ›
Tarix:
18.02.2020
Oxunub:
128 dəfə

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib.

 

Oxucu informasiya verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olan kimi, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb.

 

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:34283
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020