Alimlər iddia edir-BU İÇKİ GƏZDİRİR

Bölmə:
Səhiyyə ›
Tarix:
18.02.2020
Oxunub:
151 dəfə

Damar tutulmasına görə gəzə bilməyən yaşlılar bu içkini içsin


Periferik arteriyaların xəstəlikləri və tutulması səbəbindən 60 yaşdan yuxarı insanlar gəzmədə problem yaşayır.

 

"Oxucu" informasiya verir ki,  yeni elmi tədqiqatda 44 pasiyent üzərində kakao içməyin damarlara təsiri yoxlanılıb.

 

60 yaşdan yuxarı olan bu insanlar gündə 3 dəfə kakao içiblər.

 

Digər qrup isə adi qaydada su, çay içməyə davam ediblər.

 

Yarım il davam edən eksperimentin nəticəsi göstərib ki, kakao içənlər daha yaxşı gəzməyə başlayıb.

 

Kakao içənlər 6 dəqiqə ərzində 42,6 metr daha çox məsafə qət edib.

 

Kakao dizdə qan dövranını yaxşılaşdırır, əzələləri işlədir.

 

Qeyd edək ki, yaşlılarda periferik arteriyaların xəstəlikləri damarların yığılması, datalması və ürəkdən ayaqlara qan dövranının pozulmasıdır.

 

Simptomları: ayaqda qıcolmalar, zəiflik, sıxılma, ağrı və uzun məsafə qət edə bilməməkdir.

 

Mənbə: Medicina.az

Yoxlama kodu:87354
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020