İntellektual bilik yarışı keçirilib-FOTOLENT

Bölmə:
Hərbi ›
Tarix:
17.02.2020
Oxunub:
120 dəfə

2020-ci ilin fəaliyyət planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəxsi heyətin intellektual bacarıqlarının artırılması məqsədilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Xəmsə” intellektual bilik yarışı keçirilib.

 

"Oxucu" Müdafiə Nazirliyinə istinadən informasiya verir ki, Bildirilib ki, bu mövzuda keçirilən bilik yarışları şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərdiyindən belə tədbirlərin keçirilməsinə böyük diqqət ayrılır. İntellektual bilik yarışmasının sualları əsasən qəhrəmanın həyat və fəaliyyətini əhatə edib.

 

İştirakçıların yüksək intelektual bilik nümayiş etdirdiyi yarışın sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:19732
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020