Biş-düş: Tiramisu

Bölmə:
Biş-düş ›
Tarix:
17.02.2020
Oxunub:
143 dəfə

"Oxucu" Tiramisun hazırlanma qaydasını təqdim edir:

 

Ərzaqlar

4 ədəd yumurta

100 qr şəkər tozu

500 qr Maskarpone (italyan pendiri)

250 qr (təxminən 34 ədəd) “Дамские пальчики”

350 ml qəhvə

Kakao

2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz)

 

Addım 1 Bu addımı hazırladım

Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik.

 

Addım 2 Bu addımı hazırladım

Başqa bir qabda yumurtanın ağını tam şişənə qədər mikserlə qarışdırırıq. Hazır olduqdan sonra birinci hazırladığımız qarışıma ehtiyatla əlavə edib yavaş-yavaş qarışdırırıq.

 

Addım 3 Bu addımı hazırladım

350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar.

 

Addım 4 Bu addımı hazırladım

Qəhvədə isladılmış çubuqları ölçüsü 17x25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq.

 

Addım 5 Bu addımı hazırladım

Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın.

 

Nuş olsun!

 

Mənbə: Sufremiz.az

Yoxlama kodu:21891
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020