Ehsan Zahidov: Bügünkü qanunsuz aksiya ilə bağlı saxlanılan yoxdur

Bölmə:
Cəmiyyət ›
Tarix:
16.02.2020
Oxunub:
68 dəfə

Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib.

 

"Oxucu" informasiya verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bunu deyib.

 

Onun sözlərinə görə, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılması, onların saxlanılması anlamına gəlməməlidir:

 

"Xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq".

 

Mənbə: Trend

Yoxlama kodu:52080
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020