FHN Qubada yanan evlərlə bağlı məlumat yaydı

Bölmə:
Hadisə ›
Tarix:
16.02.2020
Oxunub:
58 dəfə

Yaxınlıqdakı digər evlər və tikililər yanğından mühafizə olunub


Quba rayonunun Yerfi kəndində (RDYMH-dən 62 km məsafədə, mürəkkəb relyefli yollar) evdə yanğın olub.

 

“Oxucu” informasiya verir ki,Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

DYMX-nın müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Yanğın nəticəsində biri-birinə bitişik, iki ikimərtəbəli (ümumi sahələri 200 m² və 336 m²) fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı digər evlər və tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:31302
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020