Nə üçün hər gün...

Bölmə:
Səhiyyə ›
Tarix:
15.02.2020
Oxunub:
115 dəfə

Alimlər hər gün sarıkök əlavə olunmuş su içməyi tövsiyə edirlər. Belə içki güclü iltihabəleyhinə təsirə malikdir.

 

Çoxsaylı elmi araşdırmalar göstərir ki, orqanizmdə iltihabın olması bir çox xəstəliklərin və o cümlərdən ürək-damar sistemi xəstəliklərinin və xərçəngin əsas risk faktorlarından biridir. Yeri gəlmişkən, bütün dünyada ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında 1-ci, xərçəng isə 2-ci yer tutur.

 

"Oxucu" infromasiya verir ki, sarıköklü su həmçinin qaraciyərin sağlamlığını qoruyur, bu orqanın işini asanlaşdırır, damarları möhkəmləndirir, arterial təzyiqi və qan laxtalanması proseslərini tənzimləyir.

 

Sarıkökün müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün ədviyyatı az miqdarda ilıq suya əlavə edib yaxşı qarışdırın və dərhal için.

 

Mütəxəssislər qeyd edir ki, sarıkökün iltihabəleyhinə təsirini qlükokortikoidlərə aid olan kortizonun təsiri ilə müqayisə etmək olar. Kortizon orqanizmə güclü iltihabəleyhinə təsir edir və iltihabla bağlı olan xəstəliklərin müalicəsində çox geniş istifadə olunur.

 

Focus.de-nin eksperti qeyd edir ki, müntəzəm olaraq su ilə qəbul olunan sarıkök orqanizmə təbii kortizon kimi təsir edir, iltihabları dəf edən mexanizmləri aktivləşdirir.

 

Mənbə: Saglamolun.Az

Yoxlama kodu:79185
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020