Azərbaycan kartof idxalını dayandıra bilər

Tarix:
14.02.2020
Oxunub:
34 dəfə

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir.

 

"Oxucu" informasiya verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

 

Onun sözlərinə görə, bu sahədə bəzi problemlər aradan qaldırılandan sonra Azərbaycan xaricdən kartof idxal etməyi dayandıracaq: "Bu gün Azərbaycanda kartof istehsalı həm daxili, həm də xarici tələbatı ödəmək iqtidarındadır. Bu gün kifayət qədər də kartof istehsal edilir. Lakin sahibkarların bir problemi var. Fermerlər istehsal etdikləri məhsulu saxlamaq üçün anbarlar tapmırlar. Bu da kartofun qış aylarına saxlanmasına mane olur. Saxlanc yerləri olmadığından sahibkarlar məhsulu dərhal bazara çıxarır, dəyər-dəyməzinə satırlar. Qış aylarında da Azərbaycan xaricdən kartof almağa başlayır. Hazırda bu problemlərin həlli istiqamətində tədbirlər görülür. Artıq bölgələrdə bir neçə sahibkar bu problemi həll edib. Bölgələrdə sahibkarlar xüsusi anbarlar tikiblər ki, bu anbarlar kartofun saxlanmasına, sağlam qalmasına şərait yaradır. Bu problem tam həllini tapandan sonra Azərbaycan xaricdən kartof idxalını dayandıracaq. Yəni ölkədə istehsal edilən kartof həm daxili, həm də xarici bazara çıxarmağa kifayət edəcək".

 

Mənbə: Trend

Yoxlama kodu:53343
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020