Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

Bölmə:
Siyasət ›
Tarix:
13.02.2020
Oxunub:
53 dəfə

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib.

 

"Oxucuinformasiya verir ki, iclasda bildirilib ki, həmin dairədən namizəd olan bir neçə nəfər MSK-ya müraciət edərək həmin dairədə seçki qanunvericiliyinin pozulduğunu bildirib və həmin dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər.

 

İclasda bildirilib ki, MSK tərəfindən aparılan araşdırmalar nəticəsində iddialar öz təsdiqini tapıb və bir neçə məntəqədə seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular baş verib və bunlar seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb.

 

Təklif səsə qoyularaq 74 saylı Lənkəran seçki dairəsi üzrə seçkilərin nəticələri ləğv edilib.

 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hadı Rəcəblidir.

 

Mənbə: Trend

Yoxlama kodu:31144
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020