Türkiyə Prezidenti Pakistana gedib

Bölmə:
Dünya ›
Tarix:
13.02.2020
Oxunub:
44 dəfə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri başlayıb.

 

"Oxucu" informasiya verir ki, o, İslamabadda keçirilməsi planlaşdırılan Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcək.

 

İslamabad beynəlxalq hava limanında Ərdoğanı Pakistanın baş naziri İmran Xan qarşılayıb.

 

Onu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Türkiyə Prezidenti Aparatının mətbuat katibi Fahreddin Altın və prezidentin müşaviri İbrahim Kalın müşayiət edir.

 

Mənbə: “Report”

Yoxlama kodu:33052
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020