Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi-SON DƏQİQƏ

Bölmə:
Siyasət ›
Tarix:
13.02.2020
Oxunub:
47 dəfə

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsi ilə əlaqədar müraciətlərə baxılıb.

 

"Oxucu" informasiya verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

 

MSK katibi bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

 

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilib.

 

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

 

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

 

Mənbə: “Report”

Yoxlama kodu:53344
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020