Azərbaycan polisinin istanbul əməliyyat-VİDEO

Bölmə:
Hadisə ›
Tarix:
13.02.2020
Oxunub:
30 dəfə

Azərbaycan polisi onlayn narkotik satan 27 nəfəri həbs edib


 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

 

“Oxucu” informasiya verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib

 

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Şəbəkə üzvlərinin törətdikləri cinayətlər haqqında ətraflı məlumat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mətbuat Xidmətinin əməkdaşlarının real əməliyyat görüntüləri əsasında birgə hazırladıqları videomaterialda qeyd olunub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:97153
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020