Millimiz bu ölkələrin cüdoçuları ilə…-FOTOLENT

Bölmə:
İdman ›
Tarix:
13.02.2020
Oxunub:
93 dəfə

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Paris şəhərində təlim-məşq toplantısında olublar.

 

Oxucu Azərbaycan Cüdo Federasiyasına istinadən informasiya verir ki, Fransanın paytaxtında baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər.

 

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

 

Ümumilikdə Paris toplantısında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.

 

Qeyd edək ki, cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

 

Mənbə: “Kanal İdman”

Yoxlama kodu:39592
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020