Prezident İlham Əliyev milli komandamızı təbrik etdi-FOTO

Bölmə:
İdman ›
Tarix:
13.02.2020
Oxunub:
47 dəfə

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qələbə münasibətilə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.

"Oxucuinformasiya verir ki, Prezident qeyd edib: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

 

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb. Millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.

Mənbə: Trend

Yoxlama kodu:78986
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020