Mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı ƏZGİL

Bölmə:
Səhiyyə ›
Tarix:
13.02.2020
Oxunub:
54 dəfə

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir, çox faydalı meyvədir.

 

"Oxucu" informasiya verir ki, onun tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

 

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kalı ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. O, pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Bu meyvəni uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.


Mənbə: Saglamolun.Az

Yoxlama kodu:81292
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020