Baş ağrısını azaldan 3 SADƏ EV VASİTƏSİ

Bölmə:
Səhiyyə ›
Tarix:
13.02.2020
Oxunub:
57 dəfə

Baş ağrısı ən yayılmış sağlamlıq problemlərindən biridir. Başınız ağrıyırsa dərhal dərmana əl atmayın.

 

"Oxucu" informasiya verir ki, ağrıkəsici dərmanların yanaşı təsirləri çoxdur və onların tez-tez qəbulu sağlamlığa çox ciddi ziyan vura bilər.

 

İlk növbədə dərmansız vasitələrdən istifadə etməyə çalışın.

 

1. 1 stəkan su

 

Saglamolun.az bildirir ki, bir çox hallarda baş ağrısının səbəbi susuzlaşma olur. Başınız ağrıyırsa 1 stəkan su için. Bir çox insanlara baş ağrısı zamanı 1 stəkan təzə dəmlənmiş çay da komək edir.

 

2. Nanə çayı

 

Nanə çayı da çox yaxşı təbii baş ağrısı dərmanıdır. 1 ç.q. quru nanəni 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmləyin, sonra süzün və için.

 

3. Soyuq kompres

 

Soyuq kompreslər baş ağrısı zamanı əla kömək edir. Buz kublarını sellofan paketə tökün və alın nahiyəsinə və boyunun arxasına qoyun. Paketi birbaşa dəriyə deyil, pambıq parçanın və ya nazik dəsmalın üzərinə qoyun. 10-15 dəqiqə belə saxlayın, sonra 5-10 dəqiqə fasilə verin və yenə qoyun.

 

Mənbə: Saglamolun.Az

Yoxlama kodu:35061
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020