Azərbaycanda yeni quş növü tapıldı-FOTOLENT

Bölmə:
Maraqlı ›
Tarix:
12.02.2020
Oxunub:
49 dəfə

Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növü aşkar edilib.

 

"Oxucu" informasiya verir ki, Bozumtul çalağana ilk dəfə olaraq Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində tədqiqatlar nəticəsində rast gəlinib.

 

Artıq muxtar respublika şəraitində çalağanın həyat tərzinin, bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Bozumtul çalağan yırtıcı quş olub, qırğılar fəsiləsinə mənsubdur. Bu quşlar Afrikada, İspaniyanın cənubunda, Hindistanda açıq landşaftlarda, otlu düzlərdə və seyrək meşəliklərdə az saylı növ olub oturaq həyat tərzi keçirir. Orta boylu quşdur, kütləsi 220-250 qr-dır. Mavi göyümtül kürək, açıq kül rəngli boz döş, xüsusilə uçuş zamanı aydın nəzərə çarpan tünd qırmızı gözlər çalağanı cinsin digər növlərindən fərqləndirən əsas əlamətlərdir. Fəal ovçudur, qidasını başlıca olaraq gəmiricilər təşkil etdiyindən faydalı quş hesab edilir.

 

Mənbə: "Report"

Yoxlama kodu:20902
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020