Hava dəyişkən buludlu olacaq

Bölmə:
Cəmiyyət ›
Tarix:
12.02.2020
Oxunub:
54 dəfə

Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Oxucu infromasiya verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-11, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:87356
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020