Ceki Çan 1 milyon verəcək

Bölmə:
Oxucu-ELAN ›
Tarix:
10.02.2020
Oxunub:
42 dəfə

Çinin Uhan şəhərində meydana çıxan koronavirus epidemiyası səbəbindən həyatını itirənlərin sayı artmaqda davam edir. Virusa qarşı effektiv vaksin hələ də tapılmayıb.

 

"Oxucu" informasiya verir ki, məşhur aktyor Ceki Çan sosial media hesabı “Weibo” üzərindən koronavirus əleyhinə vaksin tapanları 1 milyon yuanla (təxminən 243 min 490 manatla) mükafatlandıracağını açıqlayıb.

 

O, açıqlamasında fikirlərini belə ifadə edib: “Vaksini kimin hazırlamasının fərqi yoxdur. Əgər müvəffəq olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm. Boş küçələr mənə xoş təsir bağışlamır. Vətəndaşların həyatdan zövq almaları lazım olduğu anda ölümlə döyüşdüklərini görmək istəmirəm”.

 

Qeyd edək ki, koronavirus qurbanları 904 nəfərə çatıb.

 

Mənbə: Publika.az

Yoxlama kodu:84753
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020