Soyuq günlərdə yanınızdan ayırmayın

Bölmə:
Səhiyyə ›
Tarix:
10.02.2020
Oxunub:
91 dəfə

QANINIZ ARTACAQ, ƏSƏBLƏRİNİZ SAKİTLƏŞƏCƏK


Rusiyalı fitoterapevt Anjelika Dyuval xurmanın faydasını açıqlayıb.

 

"Oxucu" informasiya verir ki, həkimin sözlərinə görə, xurma A, B və C vitamini ilə zəngindir:

 

"Xüsusilə payızda əhəmiyyətli olan bu vitaminlər immuniteti gücləndirir, orqanizmi müxtəlif infeksiyalara qarşı möhkəmləndirir və əsəb sistemini tənzimləyir. Xurmanı həftədə 2-3 dəfə, tər halda istifadə edin".

 

Həkim sözlərinə əlavə edib:

 

"Xurma yod və dəmirlə zəngindir, onlar isə orqanizmə istənilən vaxt lazımdır. Meyvə anemiya və ürək-damar sistemi xəstəlikləri ilə üzləşənlər üçün xüsusilə əvəzedilməzdir. Tərkibində az miqdarda turşu olduğundan, mədə xəstəlikləri olanlar da istifadə edə bilər. Üzümdən fərqli olaraq xurma az kalorilidir. Diabetlərin gündə 1 xurma yeməsi tövsiyə olunur. Sağlam şəxslər isə gündə 2-3 meyvə yeyə bilər".

 

Mənbə: Publika.az

Yoxlama kodu:55825
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020