Baş Prokurorluq Göygöldə deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayıb

Bölmə:
Cəmiyyət ›
Tarix:
09.02.2020
Oxunub:
36 dəfə

Baş Prokurorluq Göygöldə deputatlığa namizədin vəkilinin qətlə yetirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

"Oxucu" informasiya verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevun həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.

 

Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

 

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

 

Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Molla Cəlili seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

 

Mənbə: APA

Yoxlama kodu:92805
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020