Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
27.01.2020
Oxunub:
100 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

 

"Oxucu" informasiya verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

Ağdam rayonunun işğal altında olan Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:69108
Nazir karantinə göndərildi 15:19 17 Mar 2020
Soyğunçular saxlanılıblar 14:26 17 Mar 2020