DİN-dən açıqlama: zərərçəkmiş şəxslərin nəzərinə!

Bölmə:
Cəmiyyət ›
Tarix:
24.01.2020
Oxunub:
91 dəfə

“Kanal13”ün “YouTube” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə yayılan video ilə bağlı DİN-in Mətbuat Xidmətin məlumat yayıb.

 

Oxucu nazirliyin rəsmi “Facebook” səhifəsinə istinadən informasiyia verir ki, DİN-in Mətbuat Xidməti olaraq bildiririk ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət ediblər. Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:32328
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020