Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
24.01.2020
Oxunub:
82 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

 

"Oxucu" informasiya verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

Ağdam rayonunun işğal altında olan Sarıcalı, Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:13218
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020