Baş məşqçi: "Bizim üçün yaxşı təcrübə oldu"-VİDEO

Bölmə:
İdman ›
Tarix:
23.01.2020
Oxunub:
79 dəfə

Samin Əliyev: “Məqsədimiz mübariz bir komanda formalaşdırmaqdır"


 

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandasına qarşı keçirilmiş oyundan sonra affa.az-a açıqlama verib.

 

"Oxucu" informasiya verir ki, komandamızın S.Əliyev bütün futbolçuları sınaqdan keçirməyə çalışdıqlarını bildirib: “İlk oyunumuz idi. Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq. Bizim üçün yaxşı təcrübə oldu. Bu da gələcəkdə nələrə diqqət yetirməyimizə, hansı mövqeləri gücləndirməyimizə əsas verir. Qarşıda iki oyunumuz var. Şimali Makedoniya millisi ilə oyunlarda da çalışacağıq ki, layiqli çıxış edək. Bizim üçün burada bütün şərait yaradılıb. Futbolçular da çox istəkli, əzmkardır. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Düzdür, bu toplanış üçün bir çox futbolçuya dəvət göndərə bilmədik. Amma kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var. Onları da növbəti təlim-məşq toplanışına dəvət edib, sınaqdan keçirəcəyik. Mart-aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq. Oktyabr ayında Moldovada Avropa çempionatının seçmə oyunlarında ev sahibi komanda ilə yanaşı, Yunanıstan və Fransa ilə qarşılaşmalarımız var. Məqsədimiz nizam-intizamlı, mübariz bir komanda formalaşdırmaqdır”.

 

Qeyd edək ki, qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Oxucu.info

Yoxlama kodu:25633
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020