Kiçik qızdan örnək – Təcavüzdən xilas oldu-VİDEO

Bölmə:
Dünya ›
Tarix:
22.01.2020
Oxunub:
72 dəfə

Rusiyada kiçik qıza təcavüz etməyə cəhd edilib.

 

Oxucu informasiya verir ki, hadisə paytaxt Moskvada baş verib.

 

Məktəbdən çıxan qız izləndiyinin fərqində olub. O, binalardan birinə girərək lifti işə salıb, özü isə binada olan kiçik bacada gizlənib. Uşağı izləyən şəxs binaya daxil olaraq mərtəbələrdə qızı axtararkən kiçik qız həyətə qaçaraq bina sakinindən kömək istəyib.

 

Naməlum şəxs binanın önündə qızı başqasının yanında gördüyü zaman hadisə yerindən uzaqlaşıb.

 

Kiçik qızın zəkası ilə təcavüzdən xilas olmasının ardından hüquq mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları binanın təhlükəsizlik kamerasına baxaraq şübhəli şəxsin kimliyini müəyyənləşdirib. Şübhəli şəxs saxlanılıb.

 

Qızın şücaəti ölkədə rezonans doğurub.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:70630
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020